Azərbaycan tərəfinin endirdiyi artilleriya zərbələri nəticəsində Ermənistan ordusunun 4 hərbçisi həlak olub. Azərbaycan tərəfinin endirdiyi artilleriya zərbələri nəticəsində Ermənistan ordusunun 4 hərbçisi həlak olub.

Qarabağda döyüş - 4 erməni məhv edildi

Azərbaycan tərəfinin endirdiyi artilleriya zərbələri nəticəsində Ermənistan ordusunun 4 hərbçisi həlak olub.


AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə erməni KİV-ləri xəbər yayıb.

Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbərdə deyilir:

"Ermənistan ordusunun cəbhə xəttinin şimal-şərq istiqamətində yerləşən hərbi hissələrindən birinin mövqeləri sentyabrın 25-də saat 17:30-da Azərbaycan ordusu tərəfindən raket-artilleriya zərbələrinə məruz qalıb. Atəş Türkiyə istehsalı olan TR-107 qurğularından açılıb".

Məlumata görə, artilleriya zərbələri nəticəsində hərbi qulluqçular Norayr Xaçatryan (1995-ci il təvəllüdlü), Robert Mkrtçyan (1995), Arut Akopyan (1997) və Karen Şaginyan (1997) aldıqları ölümcül qəlpə yaralarından həlak olublar.

Başqa yaralılar da var.