Həcc ziyarətini başa çatdıraraq vətənə geri dönmək istəyən azərbaycanlı zəvvarlar çətinlik çəkirlər. Həcc ziyarətini başa çatdıraraq vətənə geri dönmək istəyən azərbaycanlı zəvvarlar çətinlik çəkirlər.

600-dən çox azərbaycanlı zəvvar Ciddədə ilişib qaldı

Həcc ziyarətini başa çatdıraraq vətənə geri dönmək istəyən azərbaycanlı zəvvarlar çətinlik çəkirlər.


AzNews.az-ın Anspress-ə istinadən verdiyi məlumata görə, zəvvarları Ciddə hava limanından Bakıya daşıyacaq reyslər gecikdiyinə görə azərbaycanlı hacılar hava limanında gözləməli olublar.

Azərbaycanlı zəvvarların 265 nəfərlik ilk qrupu dünən axşam Məkkədən oteli tərk edərək Ciddə hava limanına gəlib. Bakıya uçacaq təyyarə reysi 04.08-ə nəzərdə tutulubmuş. Lakin təyyarə gəlməyib və təşkilatçı şirkət zəvvarları Ciddədəki otellərə yerləşdirməli olub.

Azərbaycanlı zəvvarların ikinci qrupu isə bu səhər oteli tərk edərək Ciddə hava limanına gəliblər. Onların təyyarə reysi saat 08.08-ə nəzərdə tutulubmuş. Hazırda həmin zəvvarlar Ciddə hava limanında gözləyirlər.

Təşkilatçı şirkət reyslərin gecikməsinə görə günahı Səudiyyə avia şirkətində görür. Şirkət reyslərin qrafikini dəyişib və bu barədə zəvvarlara xəbər verməyib.


Məkkədə həcc ibadəti

Bu il Azərbaycandan Həcc səfərin 2400 zəvvar yola düşüb. Onlardan üçü Həcc zamanı dünyasını dəyişərək şəhid olub. Bunlar 79 yaşlı Yardımlı sakini Şirinov Əzizağa, 60 yaşlı Qubadlı sakini Fəxrəddin Zeynalov və 57 yaşlı Bakı sakinin Kəklik Aslanova olub. Hər iki zəvvarlarımız Məkkədəki Həcc ziyarəti şəhidləri üçün olan qəbirstanlıqda torpağa tapşırılıb.

Bu il Həcc zamanı Minada şeytana birinci daş atma mərasimi zamanı vermiş faciə nəticəsində 753 nəfər ölüb, 863 nəfər isə yaralanıb. Sonuncu dəfə bu cür hadisə 2006-cı ildə baş vermişdi. Həmin faciədə 360-dan çox zəvvar dünyasını dəyişib.