“Facebook”da şəkil paylaşanların sayı niyə azalıb? – Açıqlama

“Hazırda “Facebook” Azərbaycanda istifadəçilərinin sayına görə birinci yerdədir. Yəqin ki, yaxın müddət ərzində də belə olacaq”.


Bunu AzNews.az açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Onun sözlərinə görə, yeni internet resurslarının ortaya çıxması "Facebook"da status və foto paylaşanların sayını azaldıb: "Yeni yaranan sosial media resursları istifadəçilər arasında daha çox populyarlaşıb. Onaların auditoriyası günü-gündən kifayət qədər genişlənir. İnsanlar çox güman ki, daha geniş və bu cür ciddi statuslar, paylaşımlar və yazışmalar əvəzinə qısa mesajlar, digər resurslardan istifadəyə meyl edirlər. Eyni zamanda həm də auditoriyanın azalması da müəyyən təsir edir. Yəni yazanlar yazır, amma auditoriya daha çox digər sosial media resurslarından istifadə edir. İstifadəçilər daha çox həmin resurslarda aktivlik edirlər.

Məsələn, yazışmaların əksəriyyəti indi "WhatsApp", Skype" və digər sosial media resursları üzərində aparılır. Həmçinin bir müddət öncə "Facebook" da saxta profillər və adi səhifələrlə bağlı müəyyən tənzimləyici addımlar atıldı. Bu səbəbdən "Facebook" da status və foto paylaşanların sayı xeyli azalıb".

Osman Gündüz yazışma və əlaqə vasitəsi kimi Azərbyacanda "WhatsApp"ın daha çox populyar olduğunu bildirib: "Azərbaycanda "WhatsApp" ilə yanaşı "İnstaqram" və "Youube" da məşhurdur. "Twitter"in auditoriyası isə indi-indi genişlənir. Belə ki, "Twitter" daha cox I Avropa Oyunları ərəfəsində populyarlaşmağa başladı. Son vaxtlar aparılan müşahidələr göstərir ki, "İnstaqram" və "Youtube" da istifadəçiləri günü-gündən artır".

Sevinc