- Köhnə - Cəmiyyət
- 28 Oktyabr 2012 10:06
- 3 931
Paris görüşü ilə bağlı bəyanat yayıldı
APA-nın verdiyi məlumata görə, bəyanatda deyilir ki, ATƏT-in Minsk qrupu həmsədrləri Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və Jak For (Fransa) Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə görüş keçiriblər. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.
Həmsədrlər tərəflər arasında gərginliyin azaldılmasının əhəmiyyətini vurğulayıb, sülh prosesinin irəliləməsi üçün işçi təklif şəklində ideyalarını təqdim ediblər.
Öz növbəsində, nazirlər sülh nizamlanmasına nail olunması üçün həmsədrlərlə işi davam etdirmək niyyətində olduqlarını bir daha təkrarlayıblar.
Nazirlər və vasitəçilər bu ideyaların həmsədrlərin noyabrda regiona nəzərdə tutulan səfərləri zamanı müzakirə olunması barədə də razılığa gəliblər.
AzNews.az