Bu gündən Bakıda bir sıra küçələrdə yollar bağlanacaq. Bu gündən Bakıda bir sıra küçələrdə yollar bağlanacaq.

Bakıda bu yollar bağlanacaq - SİYAHI

Bu gündən Bakıda bir sıra küçələrdə yollar bağlanacaq.


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AzNews.az-a verilən məlumata görə, bu gün saat 14:00-dan başlayaraq Nərimanov rayonunda, Mayakovski, Çaykovski və Hidayətzadə küçələrində (10 saylı ünvanda, Mayakovski küçəsinin hərəkət hissəsinin eninə keçməklə, Mayakovski və Çaykovski küçələrinin hərəkət hissəsi boyu İ.Hidayətzadə küçəsinə qədər) gedən istilik xəttinin mərhələlərlə dəyişdirilməsi üçün asfalt örtüyü söküləcəkdir.

İşin icrasının hər mərhələdə icazə verilmiş 5 iş günü ərzində başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, təmir işləri "Azəristiliktəchizat" ASC tərəfindən aparılır.

Sevinc Yasinqızı