Maaş və pensiyalar artırılacaq

Gələn il Azərbaycanda əmək haqları və pensiyaların məbləği artırılacaq. APA-nın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bildirib. Onun sözlərinə görə, maaş və pensiyaların artırılması, eləcə də digər sosial proqramlar son illərin dövlət büdcəsinin xarakterik xüsusiyyəti olub.

"Hesab edirəm ki, bu ənənə növbəti ildə də davam etdiriləcək", - deyə S.Şərifov bildirib.

Xatırladaq ki, Azərbaycanın 2013-cü il dövlət büdcəsinin ilkin layihəsinə əsasən, büdcə gəliri 19 154 mln. manat, xərclər 19 810 mln. manat, büdcə kəsiri 656 mln. manat həcmində, illik dinamika isə müvafiq olaraq 12,4%, 12,1% və 3,5%-lik artım səviyyəsində proqnozlaşdırılır.

AzNews.az