Noyabrın 26-da Nardaranda baş verən atışma zamanı yaralanan 3 nəfərin vəziyyəti ağırdır. Noyabrın 26-da Nardaranda baş verən atışma zamanı yaralanan 3 nəfərin vəziyyəti ağırdır.

Nardaranda yaralananların son durumu - Nazirlikdən açıqlama

Noyabrın 26-da Nardaranda baş verən atışma zamanı yaralanan 3 nəfərin vəziyyəti ağırdır.


Bu barədə AzNews.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, xəstələrdən birinin vəziyyəti daha ağırdır: "Digər iki xəstənin vəziyyəti isə normaldır. Ümumilikdə, vəziyyətləri stabildir. Hər üç xəstə əməliyyat olunub. Onlar 19, 28 və 30 yaşlı gənclərdir".

Mətbuat xidməti hadisə ilə bağlı istintaq getdiyi üçün yaralıların adlarını açıqlamaq istəməyib.

Qeyd edək ki, noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. 2 polis əməkdaşı həlak olub. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.

Fakt üzrə Baş Prokurorluq tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.

Sevinc YASİNQIZI
AzNews.az