Nardaranda öldürülən polislər dəfn olundu – Yenilənib (Fotolar)

Dünən Nardaranda cinayətkar qruplaşma ilə baş vermiş qarşıdurma zamanı həlak olmuş polis mayoru Vüqar Nəsibov və İsmayıl Tağıyevin yaxın dəqiqələrdə Bakıda II Fəxri Xiyabanda dəfn mərasimi keçriləcək.


AzNews.az xəbər verir ki, mərhumları son mənzilə yola salmaq üçün çox sayda ictimai xadim, hüquq-mühafizə orqanlarının əməkdaşları, vətəndaş toplaşıb.

Daxili İşlər naziri Ramil Usubovun da dəfndə iştirakı gözlənilir.

12:54
***

AzNews.az xəbər verir ki, dəfn mərasiminə daxili işlər naziri Ramil Usubov, Baş prokuror Zakir Qaralov və milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyev də qatılıb.

Şəhid polislərimiz dəfn olunublar.