Bakı-Quba yolunda ağır yol qəzası baş verib. Bakı-Quba yolunda ağır yol qəzası baş verib.

Avtomobil krana çırpıldı: yaralılar var

Bakı-Quba yolunda ağır yol qəzası baş verib.


Məlumata görə, yolun 67-ci kilometrliyində, Xızı rayonu ərazisində İdris Mayılovun idarə etdiyi "Lada Priora" markalı minik avtomobili Səfail Əliyevin sürdüyü "Liebherr" markalı krana çırpılıb. Nəticədə minik avtomobilinin sürücüsü və 21 yaşlı sərnişini Nadir Cəbrayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Lent.az