Sabah Bakıda və Abşeron yarımadasında havanın bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, gün ərzində dəyişkən buludlu olacağı gözlənilir. Sabah Bakıda və Abşeron yarımadasında havanın bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, gün ərzində dəyişkən buludlu olacağı gözlənilir.

Sabaha olan hava proqnozu - 15 dərəcə şaxta

Sabah Bakıda və Abşeron yarımadasında havanın bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, gün ərzində dəyişkən buludlu olacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi səhər və gündüz mülayimləşəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarmadasında gecə 3-6 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə havanın fasilələrlə yağıntılı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Hava gündüz əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyə qədər isti, dağlarda gecə 10-15 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz isə 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Yollar buz bağlayacaq.