Çin Akademiyası dünyanın ən güclü 100 beyin mərkəzini müəyyənləşdirib, Azərbaycan 31 ölkə ölkə arasında yer alıb. Çin Akademiyası dünyanın ən güclü 100 beyin mərkəzini müəyyənləşdirib, Azərbaycan 31 ölkə ölkə arasında yer alıb.

Dünyanın 100 beyin mərkəzi müəyyənləşdi – Azərbaycan da siyahıdadır

Çin Akademiyası dünyanın ən güclü 100 beyin mərkəzini müəyyənləşdirib, Azərbaycan 31 ölkə ölkə arasında yer alıb.


Bunu AzNews.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib. Onun sözlərinə görə, sorğu Çin Sosial Elmlər Akademiyası (CASS) tərəfindən iki ili əhatə edən "Qlobal Beyin Mərkəzlərinin Qiymətləndirilmə" layihəsi çərcivəsində dünyanın müxtəlif ölkələrində yerləşən 1575 beyin mərkəzi arasında keçirilib: "Eyni zamanda 1781 beyin mərkəzi ilə bağlı da araşdırmalar aparılıb. Tədqiqat nəticəsində dünyanın aparıcı beyin mərkəzləri seçilən qurumlar 31 ölkəni təmsil edir.

Qlobal beyin mərkəzlərində ölkə olaraq Amerika Birləşmiş Ştatı liderdir. Pekində aparılan tədqiqata görə dünyanın 100 ən güclü beyin mərkəzinin 18-i bu dövlətin payına düşür.

Daha sonra 11 aparıcı beyin mərkəzi ilə Almaniya gəlir. Çin və Yaponiya 9 güclü beyin mərkəzləri sonrakı yerləri bölüşürlər. Sevindirici haldır ki, 31 ölkə arasında Azərbaycan da var".

Vüqar Bayramov qeyd edib ki, "İqtisadi və Sosial İnkişaf Mərkəzi" (İSİM) dünyanın ən güclü 100 beyin mərkəzindən biri olub: "Çinlilərin araşdırmasına görə, mərkəz 134 balla dünyada 57-dir. Dünyada yerləşən 10 minə yaxın beyin mərkəzi arasında ilk ən güclü yüzlüyə daxil olmaq, təbii ki, qürurvericidir.

Dünya beyin lideri 179 balla ABŞ-ın Karnegi Mərkəzi seçilib".

Sevinc YASİNQIZI