"Space" telekanalında yayımlanan "Etiraf" verilişinin aparıcısı olmuş İlham Mirzəyev həbsdən buraxılması üçün məhkəməyə müraciət edib. "Space" telekanalında yayımlanan "Etiraf" verilişinin aparıcısı olmuş İlham Mirzəyev həbsdən buraxılması üçün məhkəməyə müraciət edib.

İlham Mirzəyev azadlığa çıxmaq istəyir - Məhkəməyə müraciət etdi

"Space" telekanalında yayımlanan "Etiraf" verilişinin aparıcısı olmuş İlham Mirzəyev həbsdən buraxılması üçün məhkəməyə müraciət edib.


Yanvarın 8-də Bakı Apelyasiya Məhkəməsində onun şikayəti üzrə hazırlıq iclası keçirilib.

2014-cü ilin aprelindən həbsdə olan teleaparıcı ona kəsilmiş 3 il 6 aylıq həbs cəzasının bir hissəsini çəkdiyini əsas gətirərək, cəzanın qalan hissəsinin məntəqə tipli müəssisədə çəkilməsi üçün məhkəməyə müraciət edib. Lakin Xəzər Rayon Məhkəməsi 30 noyabr 2014-cü il tarixli qərarı ilə onun müraciətini təmin etməyib. İlham Mirzəyevin vəkili Telman Abdiyev həmin qərardan apelyasiya şikayəti verib.

İş məhkəmə baxışına verilib və məhkəmə iclası yanvarın 15-nə təyin olunub.

İlham Mirzəyev 2014-cü il aprelin 11-də həbs olunub. CM-nin 178-ci (dələduzluq) maddəsilə ittiham olunan teleaparıcı Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan Bakı Apelyasiya Məhkəməsi onun cəzası 3 il 6 aya endirib.

İlham Mirzəyev ona qarşı irəli sürülən ittihamla razılaşmır və kimsəni aldatmadığını bildirir.


Azadlig.org