Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi, hazırda həbsdə olan Rüfət Səfərovdan şikayətçi olan şəxslərin kimliyi bəlli olub. Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi, hazırda həbsdə olan Rüfət Səfərovdan şikayətçi olan şəxslərin kimliyi bəlli olub.

Eldar Sabiroğlunun oğlundan şikayətçi olanların kimliyi məlum oldu

Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi, hazırda həbsdə olan Rüfət Səfərovdan şikayətçi olan şəxslərin kimliyi bəlli olub.


Onlar iki nəfərdir. İddia ərizəsində eks müstəntiqin onların birindən 1000, digərindən 700 manat rüşvət aldığı qeyd olunub. Həmin şəxslər Zərdab rayon İşıq İdarəsinin rəis müavini Ələmdar Abbasov və Əlibəyli kənd bələdiyyəsinin sədri Elçin Xəlilovdur. Onların iddia etdiyinə görə, 2 il əvvəl Rüfət Səfərov onların birindən 1000, digərindən 700 manat rüşvət alıb.

AzNews.az xəbər verir ki, R.Səfərovun atası, YAP-çı Eldar Sabiroğlu isə musavat.com-a açıqlamasında bildirib ki, bu, qurma işdir və oğlunu açıq-aydın şərləyiblər:

"Çünki onların bu cür hərəkət edəcəklərini gözləmirdi. Bir neçə dəqiqənin məhkəmə qərarı ilə onu həbsxanaya göndərdilər. Bəzi insanlar mənim deyəcəyim bu sözə inanmaya bilərlər. Amma əlimi ürəyimin, vicdanımın başına qoyub deyə bilərəm ki, Rüfət bu cür çirkin işlərdən hər zaman uzaq olub".