Milli Məclisin deputatı Aqil Abbas ünvanlı sosial yardımın ləğv olunması təklifi ilə çıxış edib. O, bildirib ki, bölgələrdə əhalinin etirazlarına, küçələrə çıxmasına əsas səbəblərdən biri ünvanlı sosial yardımın düzgün verilməməsidir. Bunu əsas tutaraq deputat ünvanlı sosial yardımın ləğv olunması təklifini irəli sürüb. Milli Məclisin deputatı Aqil Abbas ünvanlı sosial yardımın ləğv olunması təklifi ilə çıxış edib. O, bildirib ki, bölgələrdə əhalinin etirazlarına, küçələrə çıxmasına əsas səbəblərdən biri ünvanlı sosial yardımın düzgün verilməməsidir. Bunu əsas tutaraq deputat ünvanlı sosial yardımın ləğv olunması təklifini irəli sürüb.

Həmkarı Aqil Abbasa qarşı – Sosial müavinətlərin ləğvi məsələsi

Milli Məclisin deputatı Aqil Abbas ünvanlı sosial yardımın ləğv olunması təklifi ilə çıxış edib. O, bildirib ki, bölgələrdə əhalinin etirazlarına, küçələrə çıxmasına əsas səbəblərdən biri ünvanlı sosial yardımın düzgün verilməməsidir. Bunu əsas tutaraq deputat ünvanlı sosial yardımın ləğv olunması təklifini irəli sürüb.


Lakin A.Abbasın bu təklifi birmənalı qarşılanmayıb. Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, deputat Vahid Əhmədov AzNews.az-a açıqlamasında həmkarının təklifi ilə razılaşmadığını deyib: "Ünvanlı sosial yardım imkansız ailələr üçün nəzərdə tutub. Onu ləğv etsələr imkansız ailələr nə ilə dolanacaq? Əgər ünvanlı sosial yardımın verilməsini prezident, dövlət məsləhət bilibsə bu niyə və nəyə görə ləğv olunmalıdır? İndiki vəziyyətdə insanların həyat şəraiti ağır, problemləri çoxdur. Belə bir vaxtda sosial yardımın ləğv edilməsi yalnış olar".

V.Əhmədov müavinətlərin düzgün verilməməsi ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib: "Müavinətlər qanunauyğun şəkildə paylanır. Bu ildən isə elektron variantda verilir. Müraciətlər də internet üzərindən aparılır. Tamamilə olmasa da şəffaflıq müəyyən qədər təmin olunub. Ona görə də sosial yardımı kəsmək olmaz. Bu gün Azərbaycanda çox böyük miqdarda əhali bu müavinətlə dolanır. Hər gələn deyir ki, mənim ehtiyacım var. Mən Qubada seçicilərlə görüşümdə də neçə adam qəbul edirəmsə, hamısı sosial yardım almamasından şikayətlənir. Sənədlərini göndərirəm, yoxlayandan sonra aldığım cavab belə olur -"ona düşmür" ".

Deputat onu da əlavə edib ki, sosial müavinətin hər müraciət edən ailəyə verilməməsi təbiidir: "Araşdırılır, kimin həqiqətən ehtiyacı olursa, ona da verilir".

Bahar RÜSTƏMLİ
AzNews.az