Milli Təhlükəsizlik Nazirliyi (MTN) ətrafında baş verən olaylardan sonra Prezidentin sərəncamı ilə işdən çıxarılan Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov unikal.org saytına müsahibə verib. Milli Təhlükəsizlik Nazirliyi (MTN) ətrafında baş verən olaylardan sonra Prezidentin sərəncamı ilə işdən çıxarılan Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov unikal.org saytına müsahibə verib.

Əli Abbasov danışdı: “Şantajdır”

Milli Təhlükəsizlik Nazirliyi (MTN) ətrafında baş verən olaylardan sonra Prezidentin sərəncamı ilə işdən çıxarılan Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov unikal.org saytına müsahibə verib.


AzNews.az həmin müsahibəni təqdim edir:

- Əli müəllim, salam necəsiz? Hazırda haradasınız?

- Hazırda şəhərdəki evimdəyəm, istirahət edirəm.

- Məlum olaylarda bağlı istintaqa ifadə vermisiz, ümumiyyətlə, bununla bağlı istintaq orqanlarına gedib-gəlirsizmi?

- Heç yerə getməmişəm. Evdə oturmuşam. İstintaqa da çağırılmamışam.

- Belə çıxır ki, cinayət törədənlər tutulan şəxslər olub…

- Verdiyiniz qiymətə və ədalətli mövqeyinizə görə çox sağ olun.

- Nazirliyin keçmiş aparat rəhbəri Vidadi Zeynalov deyib ki, oranın naziri mən deyiləm ki, bütün məsuliyyət mənim üzərimdə olsun. Bu barədə nə deyə bilərsiniz?

- Mən, çox təəssüf edirəm ki, Vidadi Zeynalov belə bir fikir səsləndirib. Ondan belə bir şey gözləmirdim. Bu, əslində şantajdır.