Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyi “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları” nı təsdiqləyib. Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyi “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları” nı təsdiqləyib.

Professor nazirliyi tənqid etdi: “Xəstəyə dərmanı farmasept təyin edə bilməz”

Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyi “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları” nı təsdiqləyib.


Yeni qaydalara görə, həkimlər xəstələrə resept yazarkən dərman vasitəsinin ticarət adını deyil, beynəlxalq patentləşdirilməmiş adını (generik adını) qeyd edəcəklər. Beləliklə də xəstə aptekə müraciət edən zaman əczaçı tərəfindən reseptdə göstərilən beynəlxalq patentləşdirilməmiş ada uyğun dərman vasitələri barədə xəstəyə məlumat veriləcək, xəstə də dərman vasitəsinin qiymətinə və istehsalçısına görə özü seçim edə biləcək (dərmanın tərkibində 3 və ya artıq maddə olarsa, bu halda həkim reseptdə dərmanın ticarət adını yazmalıdır).

Tibb elmləri doktoru, professor Aqil Qeybulla isə AzNews.az-a açıqlamasında Səhiyyə Nazirliyinin bu qərarının doğru olmadığını deyib: "Xəstə ancaq həkim resepti əsasında dərman ala bilər. Çünki müalicəyə məsuliyyət daşıyan həkimdir. Bu qərar müalicə məsələsində çətiniklər yaradacaq. Amma hesab edirəm ki, bu müvəqqəti tədbirdir. Dərman bazarında stabillik yaranandan sonra bu məsələlər qaydasına düşəcək".

A.Qeybulla bildirib ki, xəstəyə lazım olan dərman preparatını ancaq həkim təyin edə bilər və bu, dünya təcrübəsində də belədir: "Amerika, Almaniyada olduğu kimi kimi Azərbaycanda da belə olmalıdır. Sadəcə olaraq, Azərbaycanda yaranmış vəziyyət, devalvasiyadan sonra dərman preparatlarının yoxa çıxması ilə bazarda xaosun yaranması təkcə dərman bazarının yenidən nizamlanmasını tələb edir. Mən hesab edirəm ki, indiki qanun xəstənin seçim imkanlarının artırılmasına xidmət edir. Kimyəvi tərkibinə görə resept yazılırsa, xəstə aptekdən həmin preparatın bu və ya başqa formada analoqunu alır. Amma bir şeyi nəzərə almaq lazımdır. Azərbaycanda xeyli aşağı keyfiyyətli dərmanlar da satılır. Xəstənin istəyi ilə farmasept bu və ya digər formada ucuz dərman təyin edir. Dünyanın heç bir ölkəsində belə bir şey yoxdur. Heç bir ölkədə farmasept xəstəyə dərman təyin edə bilməz".

Dərman bazarında xaotik vəziyyəti aradan qaldırmağa gəlincə, ekspert vurğulayıb ki, Azərbaycana keyfiyyət parametləri yüksək olan dərmanlar idxal olunmalıdır: "Bundan əlavə yararsız dərmanlar qeydiyyata alınmamalıdır".

Bahar RÜSTƏMLİ
AzNews.az