Son günlərdə Bakı və Sumqayıt şəhərlərində keçirilən kənd təsərrüfatı yarmarkalarında şikəst və ölmüş at leşini mal əti adı ilə satılması ilə bağlı məlumat yayılıb. Son günlərdə Bakı və Sumqayıt şəhərlərində keçirilən kənd təsərrüfatı yarmarkalarında şikəst və ölmüş at leşini mal əti adı ilə satılması ilə bağlı məlumat yayılıb.

Bazarda satılan ətlərə niyə nəzarət yoxdur? - Ekspertdən şok ittihamlar

Son günlərdə Bakı və Sumqayıt şəhərlərində keçirilən kənd təsərrüfatı yarmarkalarında şikəst və ölmüş at leşini mal əti adı ilə satılması ilə bağlı məlumat yayılıb.

Araşdırmalar zamanı məlum olub ki, at əti bazarlarda insanlara çox ucuz qiymətə satılır. Təxmini hesablamalara görə, hər ildə 1500 tondan çox at əti kasıb əhali tərəfindən istehlak olunur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov AzNews.az-a açıqlamasında bildirib ki, ilk növbədə Azərbaycanda at ətinə olan tələbatın haradan qaynaqlandığını axtarmaq lazımdır:
"Nə üçün dövlət orqanları tələb hardan yaranır sualına cavab tapmır? Bu sual həmişə qaranlıq qalır. Düşünmürəm ki, at əti bazarlarda açıq şəkildə satılsın. Bu, yalnız təşkil olunmuş şəkildə dönərxana, restoran və şadlıq evlərinə verilir. Dövlət orqanları at ətini bu yerlərdə axtarmalıdır".

E.Hüseynov qeyd edib ki, istehlakçılar at ətini başqalarından asanlıqla ayırd edə bilər: "At əti uzun və qırmızı olur. Baytarların verdiyi sənəd heç nəyi həll etmir. Satıcı və qəssabların özündə də möhür var. Əslində bazarlarda ət məhsulları ekspertizaya getmir. Bazarlarda olan laboratoriyaların əslində adı var, özü isə yoxdur, yalançıdırlar".

E.Hüseynovun fikrincə, satışda olan bu leş xarakterli ətlər insan orqanizmində dəhşətli heyvan xəstəlikləri yaradır:
"Ölmüş heyvanların ətini yeyən insanlarda mənşəyi bilinməyən xəstəliklər əmələ gəlir. O xəstəliklərin əksəriyyəti neçə ildir ki, heç tibb elminə məlum deyil. Heyvan xəstəlikləri insanlara asan keçir. O xəstəliklərin müalicəsi də yoxdur".

Ekspert onu da əlavə edib ki, bu gün insanlar ət alarkən mağazalara yox, küçə ticarətinə üstünlük verir.

Bahar RÜSTƏMLİ
AzNews.az