- Maraq dairəsi
- 22 Noyabr 2018 15:50
- 2 071
Çinli alimlərdən maraqlı yenilik

Yeni nanogeneratoru paltarda gəzdirmək və hətta yumaq belə olur.
Çinin Çjençjou universitetinin alimləri insanı gəzən elektrik stansiyasına çevirməyi bacarıblar.
Universitetin mütəxəssisləri insan bədəninin hərəkətini enerjiyə çevirə bilən nanogenerator hazırlamağa müvəffəq olublar. Onun köməyi ilə saatları və müxtəlif elektron qurğuları enerji ilə təmin etmək mümkündür. Yeni nanogeneratoru paltarda gəzdirmək və hətta yumaq belə olur.
Alimlərin fikrincə, hərəkəti enerjiyə çevirə bilən yeni texnologiya insanın ənənəvi elektrik enerjisindən asılılığını azalda biləcək.(AZƏRTAC)
© AzNews.az