Dünən dənizdə dalğaların hündürlüyü 7 metrə çatıb

Ötən gecə Bakıda və Abşeron yarımadasında əsən külək təhlükəli və güclü külək olub.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji marifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, noyabrın 29-da və noyabrın 29-dan 30-a keçən gecə ölkə ərazisində güclü şimal-qərb küəyi əsib, bəzi rayonlarda külək şiddətlənib.

U.Tağıyeva qeyd edib ki, qeyd edilən müddətdə Daşkəsən, Neftçala, Naftalanda küləyin maksimal sürəti saniyədə 30 metr, Naxçıvanda 26 metr, Xaçmazda 24 metr, Salyan və Tərtərdə 23 metr, Beyləqanda 20 metr olub.

Bakıda və Abşeron yarımadasında isə küləyin maksimal sürəti saniyədə 24-29 metr olub. Açıq dənizdə isə dalğaların hündürlüyü 7 metrədək qalxıb.(trend.az)

© AzNews.az