- Maraq dairəsi
- 2 Dekabr 2018 17:05
- 6 470
Bir milyard dollarlıq gəmi ilk səfərinə çıxır

Gəminin ən önəmli özəlliyi isə onun "magic carpet" (sehrli xalça) platformaya malik olmasıdır.
90 ton ağırlığındakı bu platforma üzən vasitənin çölündə aşağı-yuxarı hərəkət edir
Dünyanın ən lüks gəmisi hesab edilən "Celebrity Cruises" şirkətinə məxsus yeni 1 milyard dollarlıq "Celebrity Edge" gəmisi ilk səfərinə hazırlaşır.
Sputnik Azərbaycan Seanews-a istinadən xəbər verir ki, hazırda Floridada lövbərdə gözləyən gəmi 9 dekabrda Karib turuna çıxacaq. 2019-cu ilin yazında isə Aralıq dənizi sərnişinləri üçün Atlantikə doğru yol alacaq. "Celebrity Edge" gəmisi səyahətçilərə rahatlığın rahatlığını yaşadacaq.
Onun möhtəşəmliyi gəmiyə girişdən hiss olunur. Belə ki, girişdə sərnişinləri 700-dən çox LED lampa qarşılayır.
Gəminin ən önəmli özəlliyi isə onun "magic carpet" (sehrli xalça) platformaya malik olmasıdır. 90 ton ağırlığındakı bu platforma üzən vasitənin çölündə aşağı-yuxarı hərəkət edir.
AzNews.az