Çin ABŞ-ni ticarət sazişlərini pozmaqda ittiham edir

Çin ABŞ-ni iki güc arasındakı ticarət atəşkəsini pozmaqda ittiham edib və gərginliyin artması fonunda maraqlarını qorumaq üçün qətiyyətli addımlar atacağına söz verib.

Bu barədə öz mənbələrinə istinadən Financial Times (FT) məlumat yayıb .

Bildirilir ki, Çin Ticarət Nazirliyi Vaşinqtonu Cenevrə Konsensusunu pozan və “Çinin qanuni hüquq və maraqlarına” zərər vuran “bir sıra ayrı-seçkilik və məhdudlaşdırıcı tədbirlər” qəbul etməkdə ittiham edib.

“Əgər Birləşmiş Ştatlar təkbaşına israr edərsə və Çinin maraqlarına zərər vurmağa davam edərsə, Çin qanuni hüquqlarını qorumaq üçün sərt və qəti tədbirlər görməyə davam edəcək”, - nazirlik vurğulayıb.

Pekin Vaşinqtonu birtərəfli qaydada yeni fikir ayrılıqlarına səbəb olmaqda da ittiham edib.

Mövsüm

Aznews.az