İstanbulda Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu başlayıb

İyunun 2-də Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu başlayıb.

Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir.

Kiyev danışıqlar qrupuna Ukraynanın müdafiə naziri Rustem Umerov rəhbərlik edir və onun tərkibi 14 nəfərə qədər genişləndirilib.

Mövsüm

Aznews.az