- Rusiya və İran
- 2 İyun 16:38
- 2 039
Reuters: İran ABŞ-nin nüvə təklifini rədd edəcək

İranın yüksək rütbəli diplomatı Reuters agentliyinə bildirib ki, Tehran Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı təklifini rədd etməyə hazırlaşır.
Agentlik mənbədən sitat gətirir: “İran ABŞ-nin təklifinə mənfi cavab hazırlayır və bu, Amerikanın təklifinin rədd edilməsi kimi şərh edilə bilər”.
Mənbənin qeyd edib ki, Amerika tərəfinin təklifində “ABŞ-nin İran torpaqlarında uranın zənginləşdirilməsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır”. O, həmçinin ABŞ sanksiyalarının ləğvi ilə bağlı dəqiq mövqe nümayiş etdirmir. Eyni zamanda, Ağ Ev israr edir ki, Tehran ona göndərilən yazılı təklifi qəbul etməlidir.
Mövsüm
Aznews.az