- Dünyanın halı
- 2 İyun 16:40
- 1 485
İsrailin Qəzzaya hücumu nəticəsində 500-dən çox fələstinli yaralanıb

İsrailin Qəzza zolağında son 24 saat ərzində keçirdiyi hərbi əməliyyatlar nəticəsində 500-dən çox fələstinli yaralanıb, 50-dən çox insan həlak olub.
Bu barədə anklavın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Son 24 saat ərzində Qəzza zolağında 52 qurban xəstəxanalara yerləşdirilib, 503 nəfər yaralanıb", - idarə öz Telegram kanalında yazıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, silahlı münaqişə başlayandan indiyədək ümumilikdə 54 470 nəfər ölüb, daha 124 min nəfər yaralanıb.
Mövsüm
Aznews.az