“Lamborghini” şirkəti “Huracan” idman avtomobilinin yeni modelini təqdim edib. “Lamborghini” şirkəti “Huracan” idman avtomobilinin yeni modelini təqdim edib.

“Lamborghini”dən yeni “Huracan Evo” modeli - FOTO

“Lamborghini” şirkəti “Huracan” idman avtomobilinin yeni modelini təqdim edib.

“Ölkə.Az” xəbər verir ki, “Huracan Evo” modelinin ön bamperi və arxa diffuzoru yenilənib, səsboğuculara “əl gəzdirilib”. Bundan başqa yeni model 20 düymlük disk və “Pirelli P Zero” şinləri ilə təchiz edilib. Aerodinamik göstəricilər isə “Huracan” modeli ilə müqayisədə beş dəfə daha effektivdir.

“Huracan Evo”nun mühərriki “Performante”dəndir. V obrazlı, 10 silindirli, 5.2 litr həcmli titan klapanlı mühərrik 640 at gücü hasil edir. Yeni modelin çəkisi 1422 kq-dır.

Tam ötürücülü sueprkar 100 km/saat sürəti cəmi 2.9 saniyəyə əldə edir. İtalyan maşını 200 km/saat sürəti isə cəmi 9 saniyəyə yığır. 100 km/saat sürətlə hərəkət edən avtomobilin əyləc məsafəsi cəmi 31.9 metrdir. Maksimal sürət isə 325 km/saatdır.

AzNews.az

image description image description image description image description