Nəsildə uzun ömürlü qohumların olması digər ailə üzvlərinin uzun ömürlük şanslarını artırır. Nəsildə uzun ömürlü qohumların olması digər ailə üzvlərinin uzun ömürlük şanslarını artırır.

Uzun ömrün sirri...

Nəsildə uzun ömürlü qohumların olması digər ailə üzvlərinin uzun ömürlük şanslarını artırır.

Bu haqda məlumat “MedicalXpress” nəşrində dərc olunub.

Tədqiqatçılar 1740-cı ildən bəri gəlib-getmiş 20 min ailədən 315 min nəfərin nəsil şəcərəsini araşdırıblar. Alimlər müəyyən ediblər ki, uzun ömürlü qohumların sayı nə qədər çox olarsa, erkən ölüm riski bir o qədər aşağı düşür.

Hər hansı şəxsin hər iki valideyni uzun ömür sürdükdə, onun erkən ölüm riski 31 faiz aşağı düşür. Əmiləri-dayıları və xalaları-bibiləri uzun ömürlü olan şəxslərdə erkən ölüm riski daha da aşağı olur.(oxu.az)

© AzNews.az