Rodriqo Alvez 62-ci əməliyyatını keçirmək üçün İrana gedib. Rodriqo Alvez 62-ci əməliyyatını keçirmək üçün İrana gedib.

İngilis teleaparıcı 62-ci əməliyyatını keçirdi - FOTOLAR

Rodriqo Alvez 62-ci əməliyyatını keçirmək üçün İrana gedib.

Oyuncaq Kenə bənzəmək sevdası ilə dəfələrlə estetik əməliyyat üçün bıçaq altına yatan 35 yaşlı Braziliya doğumlu ingilis televiziya ulduzu Rodriqo Alvez 62-ci əməliyyatını keçirmək üçün İrana gedib.

Səhnədə gözəl görünmək istədiyini bildirərən Rodriqo həkimlərin çox əməliyyat keçirməyin təhlükəsilə bağlı xəbərdarlığına məhəl qoymur.

Bu dəfə Ken 62-ci estetik əməliyyatını keçirmək üçün İranda bir xəstəxanaya yerləşib.

Üz cizgilərinin çox kəskin olmasından və üzünün böyük görünməsindən şikayət edən Ken bu dəfə çənə implantını yeniləyib və gözlərində dəyişiklik edib.

Alvez sonuncu dəfə 2019-cu ildə “Avroviziya” musiqi yarışmasına qatılmaq üçün Braziliya ombası etdirməsi ilə gündəmə gəlmişdi.

Keçirdiyi əməliyyatlara və müxtəlif kosmetik proseduralara Alvez 500 min funtdan çox (1 milyon 90 min azn - red.) pul xərcləyib.

Xəstəxanadakı anlarını öz “Instagram” hesabından paylaşan Alvez keçirdiyi əməliyyatlara görə olduqca xoşbəxt görünür.(oxu.az)