Meqan Markl şahzadə Diananın bilərziyini taxdı – FOTO

Meqan bu bilərziyi ötən ilin oktyabrında da taxmışdı.

Sasseks hersoginyası Meqan Markl hamiləliyinin altıncı ayında olmasına baxmayaraq kral ailəsinin üzvünün vəzifələrini icra etməyə davam edir.

AzNews.az Daily Mail nəşrinə istinadən xəbər verir ki, o, həyat yoldaşı şahzadə Harri ilə The Royal Albert Hall-da Cirque du Soleil şousunu izləməyə yollanıb.

Londonda keçirilən Cirque du Soleil xüsusi şousu Sentebale xeyriyyə təşkilatına dəstək olaraq təşkil olunub. Şahzadə Harri bu fonda daim yardım göstərir.

Meqan gecə üçün Roland Mouret-dən tünd göy rəngli parıltılı parçadan hazırlanmış libas seçib.

Obrazındakı bir detal isə xüsusən diqqəti cəlb edib – şahzadə Dianaya məxsus qızıl bilərzik.

Meqan bu bilərziyi ötən ilin oktyabrında da taxmışdı.

Keçən həftə Kensinqton sarayı hersoginyanı 4 təşkilatın rəhbəri təyin etmişdi - London milli teatrı, Universitetlər asosiasiyası (The ACU), heyvanların haqlarını qoruyan Mayhew təşkilatı və Smart Works Charity fondu.

Fəridə Abdulla

AzNews.az

image description image description image description image description image description image description