Sərnişin təyyarə Novosibirskə enənədək bu vəziyyətdə qalıb. Sərnişin təyyarə Novosibirskə enənədək bu vəziyyətdə qalıb.

Sərxoş sərnişin təyyarədə dava saldı - əlini və ağzını skoçla bağladılar

Sərnişin təyyarə Novosibirskə enənədək bu vəziyyətdə qalıb.

Bankokdan Novosibirskə uçan təyyarədə 26 yaşlı sərxoş sərnişin dava salıb.

AzNews.az xəbər verir ki, sərnişinlərdən biri öz İnstagram hesabında hadisənin görüntülərini paylaşıb.

Sərxoş sərnişin təyyarədə böyük bir viski butulkası sifariş edərək, onu təkbaşına içib, daha sonra sərnişinləri təhqir etməyə, əl-qol atmağa, uçuş qaydalarına əməl etməməyə başlayıb.

Bu səbəbdən laynerin komandiri sərxoş sərnişinə görə ya Çinə, ya da Monqolustana təcili eniş etməli olduğunu bildirib.

Bunun qarşısını almaq üçün sərnişinlər həmin gəncin əl-qolunu, ağzını skoçla və kəmərlə bağlamalı olublar. Həmin sərnişin təyyarə Novosibirskə eniş edənə qədər bu vəziyyətdə qalıb.

Посмотреть эту публикацию в Instagram

Fəridə Abdulla

AzNews.az