Bekhemin qızı aşpaz olacaq - FOTO

"Qordon Ramzi, özünü gözlə"

Dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem qızı Harperlə birlikdə yemək bişirmək qərarına gəliblər.

AzNews.az xəbər verir ki, Devid qızının ağ-qara fotosunu İnstagram hesabında paylaşıb.

Şəkildən göründüyü kimi Harper atasına səhər yeməyi hazırlayır. Devid, hətta qızını dünyanın ən məşhur aşpazlarından olan Qordon Remzi ilə müqayisə də edib.

"Mənim kiçik baş aşpazım, bekonla sendviç hazırladığına görə çox sağ ol. Qordon Ramzi, özünü gözlə."

Devidin paylaşımında Qordon Ramzinin adını çəkməsi də təsadüfi deyil. Çünki onlar çoxdanın dostlarıdır, mütəmadi olaraq görüşürlər. 2013-cü ildə Londonda Union Street Café adlı restoran da açıblar. Bu səbəbdən ola bilsin ki, elə Qordon Harperə yemək bişirməyin sirrlərini də öyrədir.

Fəridə Abdulla

AzNews.az