238 milyon dollara mənzil satıldı - ABŞ-da

79 mərtəbəli binanın inşaatı hazırda davam edir.

ABŞ-ın Nyu-York şəhərindəki göydələnlərdən birinin ən üst mərtəbəsi 238 milyon dollar satılıb.

“Posta” xəbər verir ki, 79 mərtəbəli binanın inşaatı hazırda davam edir.

Məlumata görə, mənzili “Citadel” investisiya fondunun qurucusu Ken Qriffin alıb. O, bununla da ABŞ-da bir mənzilə ən çox pul ödəyən şəxs kimi yeni rekorda imza atıb.

Bundan öncəki rekord isə Barri Rosenşteynə məxsus idi. O, 2014-cü ildə bir mənzil üçün 137 milyon dollar ödəmişdi.(qafqazinfo.az)

© AzNews.az