"Buna görə ürəyi hər an dayana bilər". "Buna görə ürəyi hər an dayana bilər".

Dünyada bu xəstəlikdən 700 nəfərdə var - onlar uşaqlarına çarə axtarır

"Buna görə ürəyi hər an dayana bilər".

Dünyada sadəcə 700 nəfərdə olan Diamond Blackfan anemiyası xəstəliyinə tutulan 16 aylıq Miraç Caner qardaşının verəcəyi ilik üçün Amerikadakı Harvard universitetinə göndərilən analizin nəticəsini gözləyir.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Kayseri şəhərində yaşayan Havva və Hüseyn Caner cütlüyünün üçüncü uşağı Miraç doğulandan sonra çətin həyat mübarizəsinə başlayıb.

Miraç doğulandan sonra xəstəxanaya yoxlanış üçün aparılıb. Orada qan səviyyəsinin aşağı olduğu məlum olub. Analizlərin nəticəsində 40 günlük Miraça Diamon Blackfan anemiyası (saf sümük iliyi çatışmazlığı) diaqnozu qoyulub.

Qardaşı ilə iliklərinin uyğun olduğu öyrənilən Miraçın gözlərində istifadə etdiyi dərmanlara görə katarakt yaranıb və vaxt keçdikcə görmə qabiliyyətini itirib. Linzadan istifadə edən Miraç əməliyyatdan sonra normal görə biləcək.

“Oğlum dünyaya gələndə rəngində sarılıq vardı. Xəstəxanaya təkrar müayinə üçün gedəndə müxtəlif testlər edildi, reanimasiyada yatdı. Analizlərin nəticəsində oğlumun dünyada 700 nəfərdə olan Diamond Blackfan anemiyasına yaxalandığı məlum oldu. Bizə müalicəsi üçün müxtəlif dərmanlar verdilər”. Anası Havva Caner belə deyib.

Oğlu 6 aylıq olanda gözündə ağlıq yarandığını deyən Hüseyn Caner bunun kataraktın başlanğıcı olduğunu bildirib:

“Oğlum əməliyyat olunub. İndi linzadan istifadə edir. Amerikadakı Harvard universitetinə testləri göndərmişik. Aradan 9 ay keçməsinə baxmayaraq nəticələr gəlməyib. Nəticələr gəlmədiyi üçün 9 aydır gözləyirik. Artıq gözləmək istəmirəm. Çünki 21 gündən bir qan verirlər. Miraça qan verildiyi üçün bədənində dəmirin miqdarı artır. Bu da ürəyinə və qaraciyərinə yığılır. Buna görə ürəyi hər an dayana bilər. Biz ailəsi olaraq bu testin nəticəsinin çıxmağını və əməliyyat edilməyini istəyirik. Cavablar çıxsa, Erciyes universitetində əməliyyat baş tutacaq. Amerikaya göndərilən qan analizi bu qədər çəkməməlidir”.

Pərvanə Ağazadə

AzNews.az

image description image description