Saçların gur olmasına yardımçı olur. Saçların gur olmasına yardımçı olur.

Limonun saça inanılmaz faydalarını bilirsinizmi?

Saçların gur olmasına yardımçı olur.

AzNews.az Türkiyə KİV-nə istinadən limonun saça olan faydalarını təqdim edir:

Qadınlar limondan saçlarının rəngini açmaq üçün istifadə edə bilərlər.

Limon C vitamini ilə zəngin olduğuna görə saçın rəngini açmaqdan əlavə saç dərisinə də möcüzəvi təsir göstərir.

Saç dərisinə yeridilən limon qan dövranının sürətlənməsinə kömək edərək, oksigen getməsinə səbəb olur. Beləliklə, saç tökülməsinin qarşısını alır, saçların gur olmasına yardımçı olur.

Limon suyu həm də bakteriyaları və mikrobları öldürür. Şampunla qarışdırılaraq istifadə edilə bilər. Eyni zamanda saçın yağlanmasının da qarşısını alır.

Limon suyunu su ilə qarışdırıb istifadə etmək də məsləhətdir. Bu qarışım, həftədə bir dəfə olmaq şərtilə, saç köklərinin daha da parlaq və canlı olması üçün əvəzsiz vasitədir.

Səidə Nurməmmədli

AzNews.az