Ağ çay Camellia Sinensis bitkisinin yarpaqlarının tam yetişmədən toplanması nəticəsində əldə edilir. Ağ çay Camellia Sinensis bitkisinin yarpaqlarının tam yetişmədən toplanması nəticəsində əldə edilir.

Ağ çayın saymaqla bitməyən faydaları

Ağ çay Camellia Sinensis bitkisinin yarpaqlarının tam yetişmədən toplanması nəticəsində əldə edilir.

Sonsuz faydaları olduğu deyilən, son illərdə tez-tez duyduğumuz ağ çay haqqında nə qədər bilirsiniz? Bu faydalı, lakin az bilinən çay haqqında vacib faktları öyrənək.

Ağ çay Camellia Sinensis bitkisinin yarpaqlarının tam yetişmədən toplanması nəticəsində əldə edilir. Yarpaqları tamamilə yetkin olmadığı üçün ağ tünd görünüşü var. Ağ çay bir çox növə malikdir. Bu növlər ətrinə, tumurcuq sayına və yarpaqlarına görə dəyişir.

AzNews.az Türkiyə KİV-nə istinadən sizə ağ çayın bir çox faydalarını təqdim edir:

*Ağ çay yaddaşınızı artırır. Unutqanlıqlığın yox edilməsi üçün mükəmməldir.

*Sizi daha enerjili edir. Gün ərzində yorğunluğunuzu alır.

*Ürək sağlamlığınızı qoruyur. Cinsi sağlamlıq baxımından da çox faydaları var.

*Antioksidant tərkiblidir və dərinin aşınmasının qarşısını alır. Dəri sağlamlığı üçün çox təsirli bir bitkidir.

*Təzyiq və xolesterolu azaldır.

*Dental sağlamlıq üçün çox təsirli olduğunu söyləyə bilərik.

*Ağ çay yaşıl və qara çaydan daha çox antioksidandır. Güclü antioksidan xüsusiyyətləri ilə bədənin sərbəst radikallarını çıxarır.

*İmmunitet sistemini gücləndirir. Bu xəstəliklərdən qoruyucu təsir göstərir.

*Kofein nisbəti yaşıl və qara çayla müqayisədə çox aşağıdır.

*Sümük quruluşunu gücləndirir. Romatoid artrit və revmatik xəstəliklərə müsbət təsir göstərir.

*Ağ çay yağ hüceyrələrini məhv etmək və yeni yağ hüceyrələrinin meydana gəlməsinin qarşısını almaq üçün əla vasitədir.

Səidə Vahid

AzNews.az