Reytinqi ABŞ-ın nüfuzlu “TripAdvisor” səyahət saytı tərtib edib. Reytinqi ABŞ-ın nüfuzlu “TripAdvisor” səyahət saytı tərtib edib.

Dünyanın ən yaxşı aviaşirkətləri - Siyahı

Reytinqi ABŞ-ın nüfuzlu “TripAdvisor” səyahət saytı tərtib edib.

“Singapore Airlines” hava yolları şirkəti dünyanın ən yaxşı aviaşirkətlərinin reytinqinə başçılıq edir.

Reytinqi ABŞ-ın nüfuzlu “TripAdvisor” səyahət saytı tərtib edib.

Cədvəl tutulan zaman istifadəçilərin verdiyi qiymətlər əsas götürülüb, uçuşun və salonun rahatlığı və digər amillər nəzərə alınıb.

İkinci və üçüncü yerləri, müvafiq olaraq Qətərin “Qatar Airways” və Tayvanın “EVA Air” hava yolları şirkətləri tutub. İlk beşliyi “Emirates” (BƏƏ) və “Japan Airlines” (Yaponiya) tamamlayır.

“Top-10”luğa ABŞ-ın “Southwest Airlines”, Braziliyanın “Azul”, Yeni Zelandiyanın “Air New Zealand”, Britaniyanın “Jet2.com” (loukoster) və Yaponiyanın “All Nippon Airways” şirkətləri daxildir.(oxu.az)

AzNews.az