Böcəkləri məhv etmək üçün dərmanlama işlərinə başlayıblar Böcəkləri məhv etmək üçün dərmanlama işlərinə başlayıblar

Şəhərin hər yerini çəyirtkələr basdı

Böcəkləri məhv etmək üçün dərmanlama işlərinə başlayıblar

Səudiyyə Ərəbistanının Mədinə şəhərini çəyirtkələr basıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında Məscid-i Nəbəvi daxil olmaqla Mədinə şəhərini çəyirtkələr və tarakanlar basıb.

3 gün əvvəl ortalığa çıxan böcəklər qısa müddət ərzində şəhərin bir çox yerinə yayılıb.

Mədinənin ətraf mühiti qoruma qrupları böcəkləri məhv etmək üçün dərmanlama işlərinə başlayıblar.

Xatırladaq ki, 3 ay əvvəl Məscid-i Haram və Kəbə ətrafı daxil olmaqla Məkkə şəhərini də tarakanlar və çəyirtkələr basmışdı.

Pərvanə Ağazadə

AzNews.az

image description