Milyonlarla istifadəçi bundan təsirlənib Milyonlarla istifadəçi bundan təsirlənib

İnstagram şifrənizi dəyişdirin - Məlumatlarınızı oxuyurlar

Milyonlarla istifadəçi bundan təsirlənib

Facebook sahib olduğu İnstagram tətbiqinə aid milyonlarla istifadəçinin parol məlumatlarının şifrələnmədən saxlandığını və bu məlumatların şirkət işçilərinə açıq olduğunu müəyyənləşdirdiklərini bildirib.

AzNews.az “Hüriyyet”ə istinadən xəbər verir ki, bu haqda məlumatı “The Verge” nəşri yayıb.

Məlumata görə, İnstagram istifadəçilərinin şifrələnərək saxlanılmalı olan parol məlumatları şirkət tərəfindən düz mətn olaraq 20 mindən çox işçinin daxil ola biləcəyi formada saxlanılır.

Facebookdan verilən son açıqlamaya görə, milyonlarla İnstagram istifadəçisi bundan təsirlənib. Açıqlamada yüz milyonlarla Facebook istifadəçisinin də parol məlumatlarının şifrələnmədən saxlanıldığı deyilir.

Mütəxəssislər istifadəçilərə hesablarının təhlükəsizliyi üçün parollarını yeniləməyi məsləhət görür.

Pərvanə Ağazadə

AzNews.az