Əsəri əksər ədəbi tənqidçilər ilk ingilis dilli roman hesab edir Əsəri əksər ədəbi tənqidçilər ilk ingilis dilli roman hesab edir

İlk ingilis romanının 300 yaşı tamam olur

Əsəri əksər ədəbi tənqidçilər ilk ingilis dilli roman hesab edir

Britaniya yazıçısı Daniel Defonun qələmə aldığı “Robinzon Kruzo” romanın nəşrindən 300 il keçir.

Roman ilk dəfə 1719-cu ilin 25 aprelində nəşr edilib.

Romanla bağlı bəzi maraqlı faktları təqdim edirik:

- Əsəri əksər ədəbi tənqidçilər ilk ingilis dilli roman hesab edir.

- Əsər ilk dəfə bu adla nəşr olunub: “Yorklu bir dənizçinin qələmində dəniz qəzası ilə düşdüyü Amerika sahillərindəki tənha adada 28 ilini keçirərkən yaşadığı macəralar və quldurlar tərəfindən xilas edilməsi”.

- Romanın süjeti real həyatdan götürülüb. 1709-cu ildə Aleksandr Selkrik adlı dənizçi tənha qaldığı “İsla Mas e Tierra” adlı adadan xilas edilib.

- Həmin adanın adını 1966-ci ildə Çili hökuməti dəyişdirərək “Robinzon Kruzo adası” adlandırılıb.

- Əsərdə qadın obrazı yoxdur.

- Daniel Defo bu əsəri 60 yaşında yazıb. Yazıçının əsl adı Daniel Fodur. Sonradan soyadının əvvəlinə “De” artırıb.(teleqraf.com)

AzNews.az

image description image description image description