Kalori dəyəri azdır Kalori dəyəri azdır

Şaftalı dieti necə olur?

Kalori dəyəri azdır

Şaftalı ilə arıqlamaq mümkündürmü?

Yəqin ki, bu sual bəzilərimizi düşündürüb.

Bəzi meyvələr siyahısında şaftalı da var ki, onun da kalori dəyəri azdır.

AzNews.az sizə 4 günlük şaftalı dieti reseptini təqdim edir.

Aşağıdakı 2 günlük siyahı 4 gün boyunca yerinə yetirilməli, diet siyahısı bol su qəbulu, normal yuxu və idman proqramı ilə dəstəklənməlidir

1-ci və 3-cü günlər:

  • Səhər: 2 orta ölçülü şaftalı
  • Günorta : 200 qr az yağlı süzmə pendir, 1 stəkan təzə sıxılmış şaftalı suyu
  • Axşam: 2 böyük ölçülü şaftalı

2-ci və 4-cü günlər:

  • Səhər: 1 stəkan təzə sıxılmış şaftalı suyu, 2 ədəd qaynadılmış yumurta
  • Günorta: 4 orta ölçülü şaftalı, 50 qr yağsız az yağlı diet pendir, 1 incə dilim çovdar ya da kəpək çörəyi
  • Axşam: 3 orta ölçülü şaftalı.

Səidə Vahid

AzNews.az