RİA “Novosti”nin müxbirləri bu məlumatları yoxlayıblar RİA “Novosti”nin müxbirləri bu məlumatları yoxlayıblar

Ukraynada bir sıra provayderlər RİA Novosti saytına girişi bərpa etdi

RİA “Novosti”nin müxbirləri bu məlumatları yoxlayıblar

Provayderlərin bir hissəsi "Vkontakte" sosial şəbəkəsinə və RİA Novosti, TASS, NTV-nin Ukraynadakı saytlarına girişi bərpa edib.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı “Obozrevatel” nəşri yayıb.

RİA “Novosti”nin müxbirləri bu məlumatları yoxlayıblar, lakin adları çəkilən saytlar açılmayıb.

2017-ci ilin may ayında Ukrayna hakimiyyəti "Odnoklassniki", "Vkontakte", "Yandex" və Mail.ru-ya girişi qadağan edib.

"Ən azı üç internet provayderində (“Volya"," Dream line" və "Domonet") bəzi istifadəçilər qadağan edilmiş sosial şəbəkəyə giriş əldə ediblər... Həmçinin hazırda RİA Novosti, TASS, NTV və bir sıra digər saytlara giriş açıqdır",- deyə məlumatda bildirilir.

Qeyd edildiyi kimi, girişin açılması haqda sosial şəbəkələrdə istifadəçilər məlumatlandırılıb, lakin bəziləri girişinin hələ də bloklandığını yazırlar.

"Volya" və “Dream line” provayderləri bildiriblər ki, Ukrayna qanunvericiliyi yerinə yetirilir və bloklama ilə bağlı vəziyyət dəyişməyib:

"Bununla yanaşı, bəzi müştərilərdə işləməyə başlamasının səbəbini aydınlaşdırılacağıq".

Babək Göyüş

AzNews.az