Submarinanın göyərtəsində 52 nəfər olub Submarinanın göyərtəsində 52 nəfər olub

51 il əvvəl yoxa çıxmış sualtı qayıq tapıldı - FOTOLAR

Submarinanın göyərtəsində 52 nəfər olub

1968-ci il yanvarın 27-də Tulon limanı yaxınlığında yoxa çıxmış “Minerve” sualtı qayığı tapılıb.

BBC xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyinin məlumatında deyilir.

Submarinanın göyərtəsində 52 nəfər olub. Onlar vaxtilə dəniz kəşfiyyatı təyyarəsi ilə birgə hərbi təlimlər keçiriblər.

Sualtı qayığı ABŞ-ın özəl şirkətinə məxsus gəminin dənizçiləri aşkarlayıblar.

“Minerve” Tulondan 45 kilometr aralıda, Fransa Hərbi Dəniz Qüvvələrinin Aralıq dənizindəki əsas bazasının yaxınlığında, dənizin 2370 metr dərinliyində tapılıb. Submarinanın yoxa çıxmasının dəqiq səbəbləri açıqlanmayıb.

Bu tapıntını nazirlikdə böyük texniki nailiyyət adlandırıblar və qeyd ediblər ki, bu, qayıqda həlak olanların doğmalarına, nəhayət ki, müəyyən təsəlli olacaq.(oxu.az)

AzNews.az

image description image description