Eksperiment Abdullah bin Casim küçəsindən başlayıb Eksperiment Abdullah bin Casim küçəsindən başlayıb

Qətərdə asfaltı mavi rəngə boyamağa başladılar

Eksperiment Abdullah bin Casim küçəsindən başlayıb

Qətər hökuməti yapon şirkəti ilə əməkdaşlıq edərək Doha küçələrinin asfaltını mavi rəngə boyamağa başlayıb.

Bu barədə "Al-Raya" nəşri məlumat verir.

Əgər bu eksperiment baş tutsa, asfaltın temperaturunun 15-20 dərəcə aşağı düşəcəyi gözlənilir.

"Qara asfltın temperaturu faktiki göstəricidən 20 dərəcə artıqdır. Çünki qara rəng işıq şüalarını udur", - deyə layihənin mühəndisi Səad əl-Doseri qeyd edib.

Eksperiment Abdullah bin Casim küçəsindən başlayıb. Bu ərazidə heç bir yaşıllıq yoxdur, temperatur isə adətən 50 dərəcədən yüksək olur.(oxu.az)

AzNews.az