Ən zəngin aktrisaların adları açıqlandı – Top 10

O, aktyor və aktrisaların ümumi siyahısında yalnız səkkizinci pillədə yerləşir

Amerika aktrisası Skarlett Yohansson Forbes jurnalının illik reytinqinə görə ikinci dəfə dünyanın ən yüksək ödənişli aktrisası olub.

AzNews.az bildirir ki, onun 2019-cu il üzrə gəlirinin məbləği 56 milyon dollar təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 15,5 milyon dollar çoxdur.

Eyni zamanda, o, aktyor və aktrisaların ümumi siyahısında yalnız səkkizinci pillədə yerləşir.

Forbes jurnalının versiyasına görə birinci yeri Dueyn Conson tutub.

Bu il aktrisaların top 10-a Ancelina Joli (2018-ci ildə 2-ci yer), Culia Roberts, Keyt Blanşett və Cennifer Lourens düşə bilməyiblər.

Ən yüksək ödənişli aktrisaların top 10-luğu:

1. Skarlett Yohansson (56 mln dollar)

2. Sofiya Verqara (44,1 mln dollar)

3. Riz Vizerspun (35 mln dollar)

4. Nikol Kidman (34 mln dollar)

5. Cennifer Eniston (28 mln dollar)

6. Keyli Kuoko (25 mln dollar)

7. Elizabet Moss (24 mln dollar)

8. Marqo Robbi (23,5 mln dollar)

9. Şarliz Teron (23 mln dollar)

10. Ellen Pompeo (22 mln dollar)