Onun tutulması üçün xüsusi əməliyyat keçirilmişdi Onun tutulması üçün xüsusi əməliyyat keçirilmişdi

“Bin Laden” Hindistanda öldü

Onun tutulması üçün xüsusi əməliyyat keçirilmişdi

Hindistanda “Bin Laden” adı verimiş qatil fil ölüb.

Kəndlərin birində 5 nəfəri öldürmüş fil hələ ötən ay tutulmuşdu. Bütün kənd əhalisini qorxu içində saxlayan filin tutulması üçün xüsusi əməliyyat keçirilmişdi. Əhali filə görə evlərindən çıxmağa qorxurdu.

Fil Assam ştatındakı “Oranq” milli parkına gətirildikdən cəmi 6 gün sonra öüb.

Milli parkın əməkdaşı filin vəziyyətinin ölməmişdən bir gün əvvəl yaxşı olduğunu deyib. (Axar.az)

AzNews.az