- Maraq dairəsi
- 18 Noyabr 2019 18:27
- 4 132
İşə gecikən gəncdən şok addım - Maşınını...
Sürücü yüksək sürət həddini “işə gecikməsi ilə” izah edib
ABŞ-ın Men ştatının York şəhərində polis əməkdaşları avtomobili saatda 203 kilometr sürətlə idarə edən şəxsi saxlayıblar.
Məlumatı “Seacoastonline” saytı yayıb.
Noyabrın 17-də, səhər saatlarında 19 yaşlı Aleksey Kidni “Nissan Altima” avtomobili ilə maksimim sürət həddinin saatda 105 kilometr təyin edildiyi magistral yolda 203-lə idarə edib. İlk olaraq qanun pozuntusunu polis helikopteri qeydə alıb.
Hadisəyə müdaxilə edən yol polisinin əməkdaşları avtomobili saxlayıblar. Sürücü yüksək sürət həddini “işə gecikməsi ilə” izah edib.(oxu.az)
AzNews.az