- Maraq dairəsi
- 28 Noyabr 2019 16:07
- 13 448
Məşhur cizgi filmi bu il bitə bilər
"Bu, sonuncu il olacaq”
Amerikada cizgi televiziyası tarixində ən uzun multserial olan “Simpsonlar”ın (The Simpsons) yayımı dayandırıla bilər.
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bunu cizgi filmin klassik melodiyalarının bəstəkarı Deni Elfman "Joe.ie" saytına açıqlama verərkən deyib.
O, bu mövsümün sonuncu ola biləcəyini bildirib:
"Bəli, eşitdiklərimə görə, bu, sonuncu il olacaq”.
Qeyd edək ki, hazırda Fox telekanalında 31-ci mövsümü yayımlanan cizgi film 1989-cu ildə Mett Qrouninq tərəfindən yaradılıb. Filmin əsas personajları onun təxəyyülünün məhsuludur. Əsas qəhrəmanların adı Mettin ailəsindən götürülüb. Belə ki, Liza və Meqqi onun bacıları, Marc onun anası, Homer isə onun atasının adıdır. Bart Simpsonun adı isə ingiliscədə "dəcəl uşaq" mənasına gələn "brat" sözünün anaqramıdır.
Pərvanə
AzNews.az