Onlar Krit adasındakı Knoss sarayında aparılan qazıntılar zamanı aşkar ediliblər Onlar Krit adasındakı Knoss sarayında aparılan qazıntılar zamanı aşkar ediliblər

Britaniya Muzeyində dünyanın ilk birdəfəlik qabı nümayiş olunacaq

Onlar Krit adasındakı Knoss sarayında aparılan qazıntılar zamanı aşkar ediliblər

Britaniya Muzeyində dekabrın 20-də Minoy sivilizasiyasına aid ilk birdəfəlik qablar olan gil fincanlar sərgiyə çıxarılacaqlar.

AzNews.az-ın məlumatına əsasən, bu barədə “The Guardian” qəzeti yazır.

Arxeoloji tətqiqatlar zamanı bəlli olub ki, qədim predmetlər 3,5 min ildən də əvvəl yaradılıb. Onlar Yunanıstanın Krit adasındakı Knoss sarayında aparılan qazıntılar zamanı aşkar ediliblər.

“İnsanlar ilk birdəfəlik fincanların ilk dəfə qədim dövrlərdə yaradıldığını bildikdə təəccüblənəcəklər. Minoylular böyük ziyafətləri sevirdilər, lakin bizim dövrdəki kimi qab yumağı xoşlamırdılar”, - deyə ekspozisiyanın kuratoru Culia Farli bildirib.

Sərginin təşkilatçıları ümid edirlər ki, yeni tapıntılar ziyarətçiləri zibilin səviyyəsini necə azaltmaq barədə düşünməyə vadar edəcək.

AzNews.az