Alimlərin Lola adını verdiyi qızın bitki və ətlə qidalandığı bildirilir Alimlərin Lola adını verdiyi qızın bitki və ətlə qidalandığı bildirilir

Alimlər 5700 yaşlı qızın simasını bərpa etdi

Alimlərin Lola adını verdiyi qızın bitki və ətlə qidalandığı bildirilir

Qədim dövrə aid tozağacı qətranından olan saqqız alimlərə neolit dövründə yaşamış qızın simasını bərpa etməyə və onun nə ilə qidalandığını təyin etməyə imkan verib. Alimlər Danimarkanın cənubunda yerləşən Lollan adasında aşkar edilmiş və yaşı 5700 il olan qətran saqqız parçasının sayəsində qədim insan genlərini bərpa etməyə müvəffəq olub.

Araşdırma “Neyçə Komunikeyşnz” dərgisində dərc edilib.

Nəticəldə qətran çeynəyən insanın xarici görünüşü, onun bundan əvvəl nə yediyi və ağız boşluğunda hansı mikrobların olduğu müəyyən edilib.

Danimarkalı alimlər hesab edir ki, bu, saçları tünd rəngdə olan mavi gözlü gənc əsmər qız olub.

Alimlərin Lola adını verdiyi qızın bitki və ətlə qidalandığı bildirilir. Saqqızın tərkibində onun son istifadə etdiyi qidanın - fındıq və ördək ətinin qalıqları aşkar edilib. (Kult.az)

AzNews.az