Simptomlar aşkar edildikdə, dərhal həkimə müraciət etmək lazımdır Simptomlar aşkar edildikdə, dərhal həkimə müraciət etmək lazımdır

Diliniz və dişiniz baş və boyun xərçəngini ələ verə bilər – SİMPTOMLAR

Simptomlar aşkar edildikdə, dərhal həkimə müraciət etmək lazımdır

Loginov adına Moskva klinik elmi mərkəzinin Baş və boyun şişlərinin şöbə müdiri Liliya Yakovleva baş və boyun xərçənginin əlamətləri barədə danışıb.

Bu barədə “Qovorit Moskva” xəbər verir.

Onun sözlərinə görə, ağız boşluğunda və ya dilin selikli qişasında ağ və ya qırmızı rəngdə kiçik şişlər və törəmələrin yaranması, udma vaxtı diskomfortluq, həmçinin dişlərin səbəbsiz yerə laxlaması onkologiyanın bu növünün əlamətləridir.

Bundan əlavə, piqment ləkələrinin artması və ya rənginin dəyişməsi, kəskin otit (qulaqda iltihab prosesi - red.), həmçinin burunun tutulması və baş ağrılarının yaranması da bu xəstəlikdən xəbər verə bilər.

Yakovleva əlavə edib ki, simptomlar aşkar edildikdə, dərhal həkimə müraciət etmək lazımdır, çünki erkən diaqnostikası halında onkoloji xəstəliyin uğurlu müalicəsi ehtimalı xeyli artır.