Veytlinin böyrəyinin ölçüləri böyük insanın böyrəyinin normal ölçüsündən 120 dəfə böyükdür Veytlinin böyrəyinin ölçüləri böyük insanın böyrəyinin normal ölçüsündən 120 dəfə böyükdür

Həkimlər xəstənin 9 kiloqramlıq böyrəyini çıxardılar

Veytlinin böyrəyinin ölçüləri böyük insanın böyrəyinin normal ölçüsündən 120 dəfə böyükdür

Cərrahlar İngiltərənin Hempşir qraflığının Beyzinqstouk şəhərinin sakininin 9,5 kiloqram ağırlığında olan böyrəyini çıxardılar.

AzNews.az-ın məlumatına əsasən, bu barədə “The Sun”yazır.

Həkimlıər Deyv Veytliyə (Dave Whatley) 2002-ci ildə böyrəklərin polikistozu diaqnozunu qoumuşdular. Bu xəstəlik nəticəsində içərisində maye ilə dolu kisəciklər yarandığı üçün böyrəklərin həcmi böyüyür. Nəticədə böyrəklər qanı filtrasiya etmək qabiliyyətini itirirlər.

2012-ci ildə Veytlinin 7,4 kiloqram ağırlığında olan böyrəyinin biri çıxarılmışdı, iki gündən sonra isə ona sağlam orqan köçürülmüşdü.

Britaniyalının 2019-cu ilin dekabrında isə ikinci xəstə böyrəyini də çıxardılar. Demək olar yeddi saat çəkən əməliyyat zamanı onun 9,6 kiloqram ağırlığında və 30 sm-dək diametrində olan böyrəyi götürüldü.

Xəstə etiraf edib ki, əməliyyatdan sonra yüngüllük hiss edib. Ona qədər isə özünü sanki “içərisində üç uşaq daşıyırmış kimi” hiss edirdi. Xəstəliyə görə isə o, daim ağrıdan və yorğunluqdan şikayət edirdi.

Veytlinin böyrəyinin ölçüləri böyük insanın böyrəyinin normal ölçüsündən 120 dəfə böyükdür və dünyada ən böyük sayılır. Britaniyalı onun orqanı haqqında məqalənin Ginnsin rekordlar kitabına düşəcəyinə ümid edir.

AzNews.az